Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 09:24:52
Naxçıvanda müəllimlər ilk dəfə iş yerini dəyişdirə biləcəklər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.

 

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

 

Qaydalara əsasən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

 

Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.



Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq həyata keçiriləcək.

 

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla https://zip.lu/3irdk linkindən tanış ola bilərsiniz.