Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 12:15:00
Silah videosu ilə məşhurlaşan Ayan: “Ən böyük arzum hərbçi olmaqdır”

Ötən gün Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin 10b sinifinin şagirdi Ayan Həsənova Çağrışaqədərki hazırlıq dərsindəki silaha olan performası ictimai marağa səbəb olub.

 

Belə ki, Ayan Həsənova yayımlanan videoda silahı saniyələr içərisində, gözü bağlı şəkildə sökməyə nail olur. O, həm də "Şahinlər" komandasının kapitanıdır.

 

AzEdu.az Təhsil Portalı olaraq Ayan Həsənova ilə əlaqə saxladıq.

 

Həmsöhbətimiz hərbiyə olan böyük marağından danışıb:

 

“Hərb sahəsinə olduqca böyük marağım var. İxtisasmı tam olaraq qərarlaşdırmasam da əsas hədəfim hərbçi və ya polis olmaqdır. Bu sahə ilə bağlı biliklər əldə etməyimə ən böyük səbəb məktəbin hərbi rəhbəri Muraz müəllim olub. Ailədə hərçi olmasada bu sahəyə 1-2 ildir ki, artıq böyük həvəsim var”.

 

A.Həsənova qeyd edib ki, bu sahəyə marağı 44 günlük Vətən müharibəsindən sonra yaranmağa başladı: “Daha sonra xeyli hərbi kitablar oxumağa başladım. Düşünürəm ki, qızlar da vətəni hər zaman qoruyub, düşməndən xilas edə bilər”.

 

Müsahibimiz gələcəkdə hərbi sahədə ixtisaslaşmaq istədiyini dilə gətirib:

 

“Nəinki sinif, demək olar ki, bütün məktəb bu bacarığıma görə mənə olduqca yaxşı münasibət bəsləyirlər. Gələcəkdə bu istiqamətdə ixtisaslaşmaq istəyirəm. Yenə də qeyd edim ki, ən böyük arzum hərbiçi olmaqdır.

 

Eyni zamadan idmançyam, lakin bir neçə ildir ki, idmanı dayandırmışam. 4-5 il karate idman növü üzrə hazırlaşmışam.Valideynlərim hər zaman mənə bu barədə dəstəkçi olurlar və mənə “bu işi sona kimi davam etdir” deyirlər. Ümumilikdə hər kəs bu qərarımdan dolayı yanımdadır”.

 

Ayan Həsənovanın videosunu bu linkə keçid edərək izləyə bilərsiniz.