Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-29 11:28:00
"Bağça müdirləri yerli və beynəlxalq təcrübəni bilməlidirlər"

Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.

 

Maraqlıdır, bağça müdiri idarəçilikdə nəyə diqqət etməlidir ki, məktəbəqədər təhsil müəssisələrində yaşanan problemlərin qarşısı nisbətən alınsın?

 

Məsələ ilə bağlı AzEdu.az- a danışan məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, təhsil səviyyəsinin yüksəlməsini təmin edən, uşağın inkişafını özünün idarəetmə keyfiyyəti hesab edən insanlar bağça müdiri olmalıdırlar:

 

“Bağça müdirlərinin işə qəbulu məsələsində xüsusi qaydalar var. Həmin şəxslərin idarəetmə bacarıqları müəyyən tələblər çərçivəsində olmalıdır. Bir müəssisəni tənzimləyən həm yerli, həm də beynəlxalq təcrübəni bilən insanlar olmalıdır. Biz müdir seçərkən baxmalıyıq ki, bağça müdiri müəssisəni idarə etməyə gəlir, yoxsa inkişaf etdirməyə?”.

 

Xalidə Musayevanın sözlərinə görə bir müəssisəni idarə edən insan bilavasitə uşağın inkişafını təmin edə bilirsə, o yaxşı idarəedəndir:

 

“Ancaq istənilən halda bir müdirin qanunvericiliyi yaxşı bilməsi, menecment bacarıqlarının olması ilə bərabər bir çox başqa tələblərə cavab verməsi vacibdir. Bağça müdiri nəticələrə əsaslanan, şəffaf və səmərəli idarəetmə mexanizmini qura bilən insanlar olmalıdır”.