Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-24 17:31:12
Yeni təyinat Bakının orta məktəblərinə nə vəd edir?

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin həvalə edilməsi təhsil adamları arasında ciddi müzakirə olunur.

 

Bu təyinat nəyi dəyişəcək? Paytaxtda orta təhsilə necə təsir edəcək?

 

Ümumi təhsil ictimaiyyətinin rəyinə əsaslansaq bu təyinat Bakıda orta məktəblərə yalnız qazanc və uğur gətirəcək. 

 

Gələcək inkişafı təmin etmək və mövcud problemlərin aradan qaldırılması üçün müsbət rol oynayacaq. 

 

Yeni rəhbərin təcrübəsinə əsasən isə onu deyə bilərik ki, bundan sonra təhsil müəssisələrinin idarəçiliyində qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan yeniliklər tətbiq olunacaq.

 

Qarşıya qoyulan hədəflər və vəzifə öhdəlikləri layiqincə yerinə yetiriləcək!

 

Bütün bunlardan sonra iddia etmək olar ki, Bakı məktəbləri bu təyinatdan yaxşı mənada yararlanacaq.