Azedu.az

Bakıda ana 16 yaşlı qızını evdən QOVUB

21 Fevral 2024, 12:27
Bakıda ana 16 yaşlı qızını evdən QOVUB

Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızın anası onu evdən qovub.

AzEdu.az xəbər verir ki, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdəki paylaşımında bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, evdən qovulan qız müxtəlif ünvanlarda gecələməli olur.

M.Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyini məsələni diqqətdə saxlamağa çağırıb.

“Uşağın ailəsi ilə görüşüb vəziyyətin qiymətləndirilməsinə ehtiyac var", - o deyib.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, məsələ qurumun əməkdaşları tərəfindən diqqətə alınıb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox