Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 08:47:16
Daha bir məktəbli xəstəlikdən vəfat etdi

Quba şəhəri Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin Xl sinif şagirdi Baxışova Aytən Elman qızı vəfat edib.

 

AzEdu.az-ın xəbərinə görə, məlumat məktəbin sosial media hesabında yayılıb.

 
 

Məktəblinin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

 

"Aytən məktəbdə müəllim və şagirdlərin sevimli şagirdlərindən biri olmuşdur. Allah ailəsinə və yaxınlarına səbr versin. Məkanı cənnət olsun", - paylaşımda deyilir.