Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 10:39:00
7-ci sinif şagirdi xərçəngdən vəfat edib

Sosial şəbəkələrdə yayılan məlumata görə, Qusar şəhər 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Naida Yarəhmədova Namiqovna qızılcadan vəfat edib.

 

AzEdu.az Modern-ə istinadən xəbər verir ki, məktəbin direktoru şagirdin qızılcadan vəfat etməsi xəbərinin yanlış məlumat olduğunu bildirib.

 

“Xeyr, qızılcadan vəfat etmiyib. Onda xərçəng xəstəliyi var idi, sümüyün iliyi xərçəngi. Şənbə günü Bakıda xəstəxanada vəfat edib, 17-si isə dəfn edilib”, - direktor qeyd edib.

 

10:00

 

Azərbaycanda məktəbli dünyasını dəyişib.

 

AzEdu.az-ın məlumatına görə, Qusar şəhər 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Naida Yarəhmədova Namiqovna yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq o vəfat edib.