Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 11:45:22
ADNSU -da seminar: “Daha kreativ ol”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Whelp” və “Olpay” şirkətlərinin qurucusu və həmtəsisçisi Seymur Rəsulovun “Daha kreativ ol” adlı seminarı keçirilib.

 

ADNSU-dan AzEdu.az-a bildirilib ki, seminarda universitetin tələbə və müəllim heyəti iştirak edib. Seminar çərçivəsində yaradıcılıq bacarığının inkişaf etdirilməsi və digər bu kimi mövzularla bağlı dinləmələr olub.

 

Peşəkar karyera istiqamətində təşkil olunmuş seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Yekunda S.Rəsulov oxunması tövsiyə olunan kitab və məqalələrdən bəhs edib, öz təcrübəsini gənclərə bölüşüb.