Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 10:39:24
Mil-Muğan regionunda qəzalı məktəb varmı? - RƏSMİ

Mil-Muğan Regional Təhsil İdarəsində ümumilikdə 346 müəssisə fəaliyyət göstərir.

 

Bəs ümumtəhsil müəssisələri arasında qəzalı vəziyyətdə olan məktəblər varmı? Bu məktəblərdə məcburi köçkünlər yaşayırmı?

 

Mil-Muğan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrin binasında məcburi köçkün yaşamır.

 

"Yararsız ümumi təhsil müəssisəsinin binası yoxdur",-deyə idarədən bildirilib.