Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 14:58:00
Xankəndidə bağça və məktəblərdə yenidənqurma işləri aparılacaq

“Qarabağda yararsız hala salınmış məktəblərdə, uşaq bağçalarında yenidənqurma işləri aparılacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən Xankəndinin deputatı Tural Gəncəliyev bildirib.

 

Tural Gəncəliyev qeyd edib ki, Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təsis edilməsi çox önəmli məsələdir:

 

“Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təhsil müəssisələrinin yaranması ilə təhsil ənənələri zənginləşir. Xankəndidə bu ənənənin ilk addımı “Qarabağ” Universiteti oldu. Bundan sonra isə əsas məsələ orta məktəblərin fəaliyyətidir. Ümumtəhsil müəssisələrinin bərpa olunması və yeni məktəblərin tikilməsi, Qarabağın inkişafı üçün mühim xarakter daşıyır.

 

Qarabağda təhsil müəssisələrinin bərpası, yenidənqurma məsələləri ilə paralel olacaq. Çünki təhsildən əlavə insanların burada yaşaması üçün əlverişli mühit olmalıdır. Bu baxımdan Qarabağın zəngin intellektual kapitalının və resurslarının bərpa edilməsi üçün çox gözəl şərait yaradılacaq.

 

Xankəndində yerləşən “Qarabağ” Universiteti nəinki Azərbaycanın, hətta  dünyanın ən yaxşı universitetlərindən biri kimi formalaşacaq. Ümumiyyətlə Qarabağ Azərbaycan tarixində xüsusi yer oynamışdır. Qarabağda çoxlu mütəffəkirlər, filosoflar, sənətçilər, sənətşünaslar, musiqiçilər, bəstəkarlar yetişmişdir. Hesab edirəm ki, bundan sonra da yetişməyə davam edəcək. Xankəndinin işğalı dövründə yararsız hala salınmış bağçalar və məktəblərdə yenidənqurma işləri aparılacaq”.