Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 12:05:00
Şəki-Zaqatala regionunda nə qədər qəzalı vəziyyətdə məktəb var? - ÖZƏL

Şəki-Zaqatala regionunda 205 məktəbəqədər, 365 ümumi təhsil, 12 məktəbdənkənar təhsil müəssisəsi və 3 İnteqrasiya təlimli internat tipli gimnaziya fəaliyyət göstərir. 

 

Bəs region üzrə nə qədər məktəb yenidən bərpa olunur? İstifadəyə yararsız nə qədər təhsil müəssisəsi var?

 

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, son 2 ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 30-da cari, 1-də əsaslı təmir işləri aparılıb, 6 məktəb isə sökülərək yenidən tikilib.

 

“Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təmir- tikinti işləri təhsil müəssisələrinin şagird sayı və qəza vəziyyəti nəzərə alınaraq mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha qəzalı vəziyyətdə olan təhsil müəssisələrinin bərpası plana salınır”.

 

Məlumat üçün bildiririk ki, bu tədris ilində ŞZRTİ-nin tabeliyində fəaliyyət göstərən 52 təhsil müəssisəsində təmir işlərinin aparılması, 5 məktəbin isə sökülərək yenidən tikilməsi nəzərdə tutulub.