Azedu.az

DİM-də təlim keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi

9 Fevral 2024, 17:41
DİM-də təlim keçirilib

“Xarici dil fənni üzrə test tapşırıqlarının hazırlanmasına qoyulan tələblər” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, 9 fevral 2024-cü il tarixində DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin əməkdaşları tərəfindən “Xarici dil fənni üzrə test tapşırıqlarının hazırlanmasına qoyulan tələblər” mövzusunda təlim keçirilib.

 

Təlimdə Mərkəz tərəfindən daha öncə verilmiş elan əsasında DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün müraciət edən və uyğun hesab olunan müəllimlər iştirak ediblər.

 

Təlimin əsas məqsədlərindən biri yeni test tərtibçiləri və ekspertlərin qiymətləndirmə materiallarının hazırlanması prosesinə cəlb olunmasıdır. 

 

Təlim zamanı iştirakçılar üçün xarici dil fənlərinin qiymətləndirilmə üsulları barədə təqdimat nümayiş etdirilib. Təlimin sonunda onların sualları cavablandırılıb.

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox