Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 09:19:01
Buraxılış və qəbul imtahanlarına dair  məşğələ...

Fənlər üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ikinci məşğələləri keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.

 

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, informatika fənni üzrə Fikrət İbiyev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə Nərminə Seyfullayeva ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) və imtahanlarda istifadə edilən tapşırıqların tipləri haqqında təqdimatla çıxış ediblər.

 

Hazırlıq kurslarının üçüncü məşğələləri növbəti həftə keçiriləcəkdir.