Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 12:31:31
Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) TOEFL iBT imtahanı fevralın 3-də təşkil olunacaq.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan verənlər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.

 

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.