Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 14:54:00
“Firidun bəy Köçərli” adına mükafatın QALİBLƏRİ – SİYAHI

Bu gün böyük maarifçi, Firidun bəy Köçərlinin anadan olmasının 161-ci ili tamam olur.

 

AzEdu.az Təhsil Portalı 2020-ci ildən “Firidun bəy Köçərli” mükafatını təsis edib.

 

2023-cü il “Firidun bəy Köçərli” adına mükafata layiq görülən 11 namizəd AzEdu.az ekspert qrupunun müzakirələri nəticəsində müəyyən olunub.

 

Qalibləri təqdim edirik:

 

Dövlət Təhsil Siyasətinin həyata keçirilməsində xidmətlərinə görə - Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov;

 

Təhsil qanunvericiliyində fəallığına görə - Milli Məclisin deputatı Fazil Mustafa;

 

Təhsilin idarəedilməsi və inkişafındakı xidmətlərinə görə - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova;

 

Ali təhsildə yenilikçi metod və professional idarəetmə xidmətlərinə görə – Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev;

 

Cəmiyyətin təhsilinin yüksəlməsi üçün mediada mükəmməl fəaliyyətinə görə - REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev;

 

“Fədakar təhsil işçisi” adını yüksək səviyyədə doğrultduğuna görə - Şəhid anası, Zaqatala rayonu Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qazıyeva;

 

Region təhsilində nümunəvi idarəçiliyə görə - Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev;

 

Təhsilin inkişafına yönələn kreativ təkliflərə görə - Professor, əməkdar müəllim Zahid Məmmədov;

 

Təhsil eksperti missiyasını nümunəvi şəkildə yerinə yetirdiyinə görə - Elçin Əfəndiyev;

 

Orta məktəb idarəçiliyində təqdirəlayiq xidmətlərinə görə - Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev;

 

Ana dilimizin zənginləşməsi istiqamətindəki fəaliyyətinə görə - Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahova;

 

Mükafatlar qaliblərə təqdim olunacaq.

 

Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.