Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 18:41:16
Naxçıvanda peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində tədbirlərə başlanılıb

Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Pqoqramında muxtar respublikada peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, proqram çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 25-də muxtar respublikada səfərdə olub. Səfər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icracısı, nazir müavini Elxan Nəcəfovla görüşüb. Görüşdə muxtar respublikada peşə təhsilinin inkişafı istiqamətində həyata keçiriləcək birgə tədbirlərin müzakirəsi aparılıb.  

 

Qeyd edək ki, bu gün həmçinin Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icracısı, nazir müavini Elxan Nəcəfov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Şərur Texniki Peşə və Sürücülük məktəbinin tədris bazası ilə də tanış olublar.