Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 11:04:46
175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb

İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

 

İdarədən AzEdu.az-a bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.