Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-20 06:00:54
“Məktəblilər üçün bir dənə də veriliş yoxdur...” - Tanınmış jurnalist TV rəhbərlərini qınadı

“Azərbaycanda özəl televiziyaların demək olar ki, heç biri maarifləndirici verilişlər yayımlamır”.

Bu sözləri AzEDU.az-a açıqlamasında teletənqidçi, əməkdar jurnalist Qulu Məhərrəmli deyib. O, efir məkanında maarifləndirici verlişlərin azlığını belə izah edib:

“Dövlət büdcəsidən maliyyələşən televiziyalarda cəmi bir və ya iki belə proqram var. Əvvəllər bu cür verilişlərin sayı daha çox olsa da, onların sayı getdikcə həm azalır, həm də populyarlıq səviyyəsi aşağı düşür. Məktəblilərin oturub baxacağı öyrədici, maarifləndirici proqramlarımız yoxdur. Olanlar da peşəkarlıqla hazırlanmır. Bu yoxluğun da əsas birinci səbəbi maliyyə məsələləriylə bağlıdır. İkincisi isə televiyaların bu proqramlara biganə yanaşması və peşəkarlığın aşağı olmasıdır”.

78461.jpg

Teletənqidçinin sözlərinə görə, Azərbaycan cəmiyyətinin maarifləndirici verilişlərə ehtiyacı var:

“Təəssüflər olsun ki, bizim televiziyalar bu istiqamətdən müəyyən qədər uzaqlaşıblar. Təhsillə bağlı verlişlərin adlarını çəkməkdə belə çətinlik çəkirəm. Əvvəl İctimai Televiziyada Cəsarət Valehovun apardığı “Açıq dərs” adlı verilişə baxırdım.

Televiziyanın davamlı maarifçi istiqamətdə proqramları olmalıdır.  Şou proqramları təhsillə bağlı verilişləri kənarda qoyub. Xüsusi olaraq dövlətdən maliyyələşən televiziyalar öyrədici proqramlara üstünlük verməlidir. Məsələn, texnologiya ilə bağlı xüsusi verilişə ehtiyac var. Fəaliyyəti dayandırılmış ANS-in efirində belə veriliş var idi. İndi isə çoxu qeybə çəkilib və biz şou proqramlarının ümidinə qalmışıq”.

Nəzrin Rüstəmova