![](https://azedu.az/uploads/news/2018/03/1512379552_1512378363_1512376572_24130025_753997918126027_6627335652350990456_n.jpg)
ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalovanın müəllimi Leyla Tağızadə AzEDU-ya danışıb.
O, gənc azərbaycanlı ixtiraçıların fəaliyyətindən razı olduğunu bildirib:
“Mən Sosial İnnovasiyalar Laboratoriyasının (Social İnnovation Lab) təsisçisiyəm. Digər şagirdlərimdən də Reyhan Camalova kimi uğur gözləyirəm. Bir sıra proqramlarda həm elmi rəhbər, həm də mentor kimi iştirak edirəm. Bu zaman orta məktəb şagirdləri, universitet tələbələri arasında xeyli potensiallı uşaqlar olduğunun şahidi oluram.
Uğur qazanmaq üçün əsas şərt şagirdin özünün bacarığı, potensialı, inadkarlığı və təşəbbüsüdür. Digərləri ikinci dərəcəli məsələlərdir. Təbii ki, burada doğru insanlarla işləməyin də rolu böyükdür. İşin 50%-i bundan ibarətdir. Gərək müəllim şagirdə doğru yol göstərsin, öz biliyini onlarla bölüşsün.
Azərbaycandakı gənc ixtiraçıların fəaliyyəti şəxsən məni qane edir. Gənclərin elm, innovasiyalara marağı ildən-ilə artır. Bu, çox müsbət tendensiyadır və dəstəkləmək lazımdır. Gənclərə hərtərəfli dəstək olmaq lazımdır ki, gələcək uğurlarımız yalnız Reyhan Camalova ilə dayanmasın, onun ardınca gələnlər çoxalsın”.
Leyla Tağızadə həmçinin attestasiya imtahanları ilə bağlı iradlarının da bildirib:
“Mən daha çox şagirdlərlə işlədiyimə görə hazırda əsas iradım 9-cu siniflərdəki attestasiya imtahanları ilə bağlıdır. Çünki bəzən məktəb proqramında keçirilməyən suallara yer verilir. Məncə bu məsələyə baxılmalıdır”.
Lamiyə Süleymanlı
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)