Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 13:08:00
Emin Əmrullayev Ağdamda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 22-də Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüşəcək.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, görüşdə Ağdam, Ağcabədi, Bərdə, Şuşa, Füzuli, Tərtər, Xocalı, Xocavənd sakinləri iştirak edə bilərlər.

 

Adları qeyd olunan rayonların sakinləri dekabrın 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.