Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 15:54:00
II sinif şagirdinin ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB 

Əlvənd kənd tam orta məktəbin II sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızının ölüm səbəbi açıqlanıb.

 

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib. 

 

Bildiririk ki, Zərdab rayonu Əlvənd kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Zülfüqarov Nuray Vəkalət qızı 01 dekabr 2023-cü il tarixində məktəbə gedərkən minik avtomobili vurub.

 

Nuray Zülfüqarlı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. 

 

14:04

 

Zərdabda II sinif şagirdi vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektoru məlumat yayıb.

 

Qeyd edilib ki, Əlvənd kənd tam orta məktəbin II sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızı vəfat edib.