Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 12:25:44
Hökumət Elm və Təhsil Nazirliyinin xərclərini AZALDIR

“Ali Təhsil və Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliklərinə vəsait yönəldiləcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov bildirib. 

 

 “Bu xərclər Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərcləri azaldılacaq və nazirliyin tabeliyində olan agentliyə bu vəsait yönəldiləcək. Eyni zamanda müvafiq olaraq büdcədə ehtiyat kimi yaradılmış vəsait hesabına bunu tənzimləyə bilirik. Dövlət Su Agentliyinin və Suların İstifadəsinə Nəzarət Xidmətinin aparatının saxlanması üçün tələb olunan 5,9 və 3,6 milyon vəsait də təmin ediləcək”, - o qeyd edib.

 

Nazir əlavə edib ki, meliorasiyaya ayrılan vəsaitin 7,3 milyon manatı azaldılacaq, müvafiq olaraq həmin vəsait elm xərcləri bölməsinə əlavə ediləcək.