![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_Ekran_goeruntusu_2023-11-29_173552_32.png)
Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən ilkin tibbi yardıma həsr olunan maarifləndirici tədbir və təlim keçirilib.
AzEdu.az xəbər verir ki, “İlk yardımı öyrən, həyat xilas et!” adı altında təşkil olunan təlimdə kollecin tələbələri fərqli yaş qruplarında müxtəlif vəziyyətlər zamanı ilk tibbi yardımın göstərilməsi, təməl həyat dəstəyi, epileptik tutmalarda, asfiksiya-böğulma hallarında düzgün tibbi müdaxilə, müxtəlif travmalardan yaranan qanaxmalarda yardımın təşkili, süni tənəffüsün verilməsi və digər prosesləri əyani nümayiş etdiriblər.
Kollecin müəllimləri Könül Salehova və Səbuhi Məmmədov yardımın əsaslarının öyrənilməsi, eyni zamanda yaralı və xəstələrin halını yüngülləşdirə biləcək tədbirlər kompleksi olan ilkin tibbi yardımın vaxtında göstərilməsinin həyati əhəmiyyəti ilə bağlı informasiyaları tələbələrin diqqətinə çatdırıblar.
Tibbi manipulyasiyalar barədə ətraflı məlumatlandırılan tələbələr ilkin tibbi yardımın göstərilməsi üçün tələb edilən minimal tibbi ləvazimatlar və ya bu ləvazimatlar əl altında olmadıqda onları əvəz edə biləcək üsullarla da tanış olublar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)