Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 13:41:35
BMU-da interaktiv təlim keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Norm” ASC arasında imzalanmış əməkdaşlıq haqqında müvafiq razılaşmaya uyğun olaraq, “Kommersiya əməliyyatları:başlanğıcdan bazar liderinə qədər” mövzusunda interaktiv təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün beynəlxalq biznes fənni çərçivəsində gerçəkləşdirilən təlimdə “Norm” ASC-nin meneceri Fuad Məmmədov çıxış edib.

 

Təlimdə kommersiya əməliyyatları, bu əməliyyatların şirkətlər tərəfindən idarəolunması, şirkətlərin inkişafyönümlü hədəfləri, o cümlədən insan resurslarına investisiya yatırıılmasının gələcək inkişafda rolu, əsas modullar, texniki dəstək, satışdan sonrakı xidmət və s. mövzulara toxunulub.

 

Təlim tələbələrdən ibarət iki komanda arasında “Rəqabətli bazarda biznesin yaradılması” tapşırığının icrası ilə davam etdirilib. Komandaların biznes-planla bağlı təqdimatlarından sonra tələbələrin mövzu üzrə sualları cavablandırılıb.