Azedu.az

Son illər məktəb tikintisi ilə bağlı bir çox işlər görülüb - Direktor

Orta təhsil

Maraqlı

Müəllimlər və elm adamları

28 Noyabr 2023, 10:50
Son illər məktəb tikintisi ilə bağlı bir çox işlər görülüb - Direktor

"Hazırda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planının təsdiqi ilə məşğuluq".

 

AzEdu.az xəbər verir ki, bunu agentliyin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

 

Bildirib ki, təhsilalanların nailiyyətlərin izlənilməsi, peşəkar təhsilverənlərin formalaşdırılması, şəffaf idarəetmənin tətbiqi və müasir təhsil infrastrukturunun yaradılması əsas hədəflərdəndir.

 

"Mediada işıqlandırılan ən aktual mövzulardan biri də məktəblərin vəziyyəti ilə bağlıdır. Deyə bilərik ki, son illər məktəb tikintisi ilə bağlı bir çox işlər görülüb. 50-yə yaxın məktəb yenidən bərpa olunub. Təhsil müəssisələrində təmir-tikinti işlərinin prioritetlər üzrə aparılması gələn il üçün qarşımızda qoyulan fəaliyyət istiqamətlərindən olacaq".

Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?
Son xəbərlərDaha çox