Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-21 16:46:43
“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbər vəzifəli şəxsləri üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı DİM-in Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları haqqında məlumatlar verilib. Bundan əlavə, Həmçinin hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunur.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.