Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-21 10:23:03
Televiziya rəhbəri məktəblilərlə görüşəcək  

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, görüş noyabrın 22-də paytaxtdakı 1 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov olacaq.  

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanması, intellektual gəncliyin yetişməsində telekanaların üzərinə düşən vəzifələr, asudə vaxtın düzgün idarə olunması, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.