Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-07 09:28:00
Xankəndi məktəblərində erməni müəllimlər fəaliyyət göstərəcək? - ZİDDİYYƏT  

İşğaldan azad olunan ərazilərimizdə çağdaş standartlara cavab verən məktəblərin inşasına başlanılıb və proses effektiv şəkildə davam etdirilir. Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında qeyd edib ki, ən qısa zamanda Xankəndidə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək.

 

Məlumdur ki, sözügedən ərazidə çox sayda erməni yaşayır. Xankəndidə orta ümumtəhsil müəssisələri bərpa olunduqdan sonra tədris prossesi necə olacaq? Burada məskunlaşan əhali hansı dillərdə təhsil alacaqlar?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədlinin sözlərinə görə, Xankəndidə ümumtəhsil məktəblərinin açılması bir qədər vaxt alacaq:

 

 Açıklama yok.

“Hesab edirəm ki, Xankəndidəki universitetin bazasında ali təhsil müəssisəsi yaratmaq olar. Ədalət Muradovun səsləndirdiyi fikirə görə, UNEC -in Qarabağda filialı yaradıla bilər. Düşünürəm ki, bu ərazidə tələbələrin təhsil alması məqsədi ilə Aqrar və Texnologiya universitetlərinin filialının yaradılması da məqsədəuyğundur. Dövlətin bu məsələ ilə bağlı proqramı olmalıdır”.

 

Jurnalist qeyd edib ki, paytaxtda yaranan sıxlığı aradan qaldırmaq üçün, ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara çıxarılması ilə bağlı Nazirlər Kabinetində müzakirələr aparılır: “Ərazilərimiz işğaldan azad olunandan sonra bunun üçün yaxşı şərait yarandı”.

 

Xankəndidə bərpa olunacaq məktəblərdə təhsilin hansı dildə keçirilməsi məsələsinə toxunan Məzahir Məmmədli qeyd edib ki, əvvəlcə məskunlaşma baş verməli, daha sonra əhalinin sıxlığı nəyi tələb edirsə ona uyğun dil tətbiq olunmalıdır.

 

“Azərbaycan Dillər Universiteti erməni dilində ixtisaslaşan mütəxəsisslər hazırlayır. Əgər erməni əhalisinə dərs tədris olunacaqsa, bu zaman dövlət öz imkanları hesabına onu təmin edə bilər”.

 

 

AzEdu.az-a açıqlama verən, deputat Kamilə Əliyeva qeyd edib ki, burada ümumtəhsil müssisələrinin bərpa olunması tam Azərbaycan qanunvericiliyinə uyğun həyata keçiriləcək: “Təhsil haqqında” qanunda hansı tələblər qoyulubsa, Xankəndidəki məktəblər həmin qanuna uyğun fəaliyyət göstərəcək”.

 

Açıklama yok.

 

Deputat, Məzahir Məmmədlidən fərqli olaraq Xankəndidə yaşayan erməni əsilli vətəndaşların müəllim kimi fəaliyyətə cəlb olunması mümkün olduğunu söyləyir:

                                                       

“Prezident İlham Əliyev dəfələrlə dünya ictimaiyyətinə bildirib ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək, Azərbaycan Respublikasının Konsititusiyasına və qanunlarına uyğun şəkildə yaşaya, təhsil ala və işləyə bilərlər. Bu baxımdan gələcəkdə erməni əsilli şəxslər Xankəndidə müəllim kimi prosesə cəlb olunması mümkündür”.

 

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları