Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 10:02:00
Qarabağ regionunun “Örnək müəllimlər”i  

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Qarabağ regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Fatimə Bayramova   - Füzuli rayon 45 nömrəli tam orta məktəbin İnformatika müəllimi;

2. Elşad Cəfərov - Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin Fizika müəllimi

3. Saleh İbrahimzadə - Şuşa rayonu 10 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

4. Aytac Cəfərova - Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

5. Zərifə İbrahimova - Şuşa rayon 10 nömrəli tam orta məktəbində Coğrafiya müəllimi;

6. Natella İsmayılova - Ağdam 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

7. Səddam Azəri - Ağdam 35 nömrəki tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

8. İlhamə Məmmədova - Ağcabədi şəhər 3 nömrəli məktəb liseyin İbtidai sinif müəllimi;

9. Samirə Pəsiyeva - M.Aranlı adına 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

10. Xuraman Həsənova - Bərdə şəhər akademik Zərifə Əliyeva adina texniki fənlər təmayüllü məktəb-liseyinin İngilis dili müəllimi;