Azedu.az

Peşə məktəbi tələbələrinin Almaniyada təcrübələri davam edir

Maraqlı

Müəllimlər və elm adamları

Peşə təhsili-faydalı məlumat və xəbərlər

Tələbələr

27 Oktyabr 2023, 11:57
Peşə məktəbi tələbələrinin Almaniyada təcrübələri davam edir

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniyanın “AgrarKontakte” təşkilatının birgə əməkdaşlığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyinin bir qrup tələbəsi Almaniyada beynəlxalq kənd təsərrüfatı təcrübə proqramında iştirak edirlər.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına, eyni zamanda, Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.

 

Bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, bağban dekorator, aqroservis mütəxəssisi, geniş profilli traktorçu-maşinist kimi müvafiq kənd təsərrüfatı ixtisaslarında təhsil alan tələbələr artıq 6 aydır ki, Almaniyanın Ştutqart şəhərinin müxtəlif bölgələrində təcrübə keçirlər. Onlar təcrübə keçməklə yanaşı, həm də yaşadıqları regiona məxsus müxtəlif sosial-mədəni tədbirlərdə iştirak edərək, adət ənənələri də öyrənirlər.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox