
2023-10-16 09:32:00
Azərbaycanlı tələbə dünya çempionu oldu
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub.
AzEdu.az xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb.
Xatırladaq ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal qazanıb.
Qeyd edək ki, Məhəmməd Muradlı 106 nömrəli tam orta məktəbin məzunudur. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı tələbə dünya çempionu oldu
2023-10-16 09:32:00
kitabı
ÇOX OXUNANLAR
28 Noyabr 2023, 11:00
Sertifikasiyada iştirak edəcək növbəti fənn müəllimləri – TARİX AÇIQLANDI
_642.jpg)
23 Noyabr 2023, 12:01
Saxta sənədlərdən istifadə edən müəllimlərin hamısı işdən azad ediləcək
_314.jpg)
29 Noyabr 2023, 16:03
İki fənn tədris edən müəllimlərin sertifikasiyası necə olacaq? -RƏSMİ CAVAB

30 Noyabr 2023, 16:42
Növbəti sertifikasiyaya hansı fənn müəllimlərinin cəlb olunacağı AÇIQLANDI

26 Noyabr 2023, 18:16
89 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA

24 Noyabr 2023, 13:05
Təhsil İdarəsinə yeni müdir təyin edildi

28 Noyabr 2023, 10:55
Şagirdi döydüyü iddia edilən idarə müdiri işdən çıxdı

25 Noyabr 2023, 22:00
Təhsil İdarəsinin müdiri 9-cu sinif şagirdini döyüb?

FACEBOOK