Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-15 14:06:37
  Aqrar sığorta fəaliyyəti üzrə test imtahanı keçirilib

DİM 15 oktyabr  2023-cü il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirib.

 

Bu barədə DİM-dən AzEdu.az məlumat verilib.

 

Bildirilib ki, imtahan kompüter vasitəsilə 1 saat 30 dəqiqə müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

İmtahanda 22 nəfər iştirak edib. 12 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 9 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 3 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16-18 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək