Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 06:36:09
Təhsil və səhiyyəmizin itən “qardaşları” - Hospitallar onları gözləyir

Azərbaycanda “Tibb bacısı” ixtisası ilə yanaşı “tibb qardaşı” ixtisasına da yiyələnmək mümkündür.

Nazirlər Kabinetinin “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hazırda “tibb bacısı işi” üzrə orta ixtisas təhsili verilir. Yəni, Respublika ərazisində “tibb qardaşı” ixtisasına kadrları orta ixtisas təhsili müəssisələri- kolleclər hazırlayır.

Oğlanların bu ixtisasa nə qədər maraq göstərdiyini və buna nə qədər tələbatın olduğunu  öyrənmək üçün həmin ixtisas üzrə kadr hazırlayan kolleclərdən biri ilə əlaqə saxladıq.

2 Nömrəli Bakı Baza Tibb Kollecindən AzEDU.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-2018-ci tədris ilində kollecdən 1 oğlan tibb qardaşı ixtisasını bitirərək, məzun olub və oğlanların sayı ən çox  halda 5-i keçmir.

Bu ixtisasa yiyələnən kişilər, “tibb bacısı” hansı vəzifələri yerinə yetirirsə, hansı öhdəliklərə yiyələnirsə, onlar da həmin vəzifələri yerinə yetirirlər. “Tibb qardaşları”, yalnız hərbi hissələr, hərbi hospitalda deyil, bir çox xəstəxanalarda çalışırlar.  Səhiyyə müəssisələrinin demək olar ki, hamısında “tibb qardaşı” vəzifəsi mövcuddur.

Nəzrin Rüstəmova