Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-30 13:22:42
Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılıb

Bakıdakı Rus evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi – RİMM) Rusiya ali məktəblərinin təhsil sərgisi açılıb. Sərgidə Rusiyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 22 ali məktəb iştirak edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Pavel Kuznetsov, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Rusiya və Sovet Ali Məktəbləri Assosiasiyasının sədri Üzeyir Əliyev çıxış ediblər.

 

Yüzlərlə məktəbli və tələbə Rusiya hökumətinin təqdim etdiyi kvota ilə ali məktəblərə qəbul olmağın şərtləri, tədris prosesinin təşkili, təhsil müəssisələrinin proqramları barədə məlumat əldə edib, eləcə də onları maraqlandıran suallara cavab tapıblar.

 

Rusiya ali məktəblərinin sərgisi bu gün də davam edir.