Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-26 14:24:43
UNEC rektoru ikili diplom proqramının ilk tələbələri ilə görüşüb

UNEC-in rektoru professor Ədalət Muradov Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramında təhsil alan UNEC tələbələri ilə görüşüb.

 

Azedu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

“Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom poqramının ilk tələbələrini təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb. Ə.Muradov qida mühəndisliyi ixtisasının önəminə diqqət çəkərək, ölkədə bu sahə üzrə kadr çatışmazlığının olduğunu vurğulayıb. Proqram üzrə təhsil alan 19 tələbənin UNEC-də və Ege Universitetində qida mühəndisliyi ixtisası üzrə yetərincə bilik və bacarıqlara yiyələnəcəyindən əminliyini ifadə edən rektor, ikili diplom proqramının bu istiqamətdə mühüm rol oynayacağını qeyd edib. Ə.Muradov UNEC-də beynəlxalq standartlara uyğun, müasir texnoloji avadanlıqlarla zəngin Aziz Sancar adına Qida laboratoriyasının fəaliyyət göstərdiyini, həmin laboratoriyada tələbələrin qida sahəsi üzrə praktiki bilik və bacarıqlara yiyələnməri üçün bütün imkanların yaradıldığını deyib.

 

Bildirilib ki, tələbələr birinci və dördüncü kursda UNEC-də, ikinci və üçüncü kursda isə ixtisas fənlərini daha dərindən mənimsəmələri üçün Ege Universitetində təhsil alacaqlar. Sonda proqramı uğurla bitirən məzunlar hər iki universitetin  diplomunu əldə etmiş olacaqlar.

 

Görüşdə tələbələrin sualları cavablandırılıb. Rektor tələbələrə universitetdə onlar üçün yaradılan bütün imkanlardan maksimum dərəcədə yararlanmağı,  ixtisasları üzrə peşəkar mütəxəssis kimi yetişməyi tövsiyə edib.