Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-25 14:13:26
Əcnəbi müəllimlər AzTU-da elmi təcrübə proqramında iştirak edir

Qazaxıstanın Qorqud Ata Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sıdıkova və İnformatika, informasiya və kommunikasiya texnologiyaları üzrə baş müəllimi Janna Asanova Azərbaycan Texniki Universitetində (AzTU) elmi təcrübə proqramında iştirak edirlər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Qonaqlar AzTU-ya səfərləri çərçivəsində rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

Qeyd olunub ki, Qızılorda Universitetinin müəllimləri 3 ay müddətində AzTU-nun müvafiq kafedralarında elmi təcrübə mübadiləsində iştirak edəcəklər. Proqram çərçivəsində birgə araşdırmaların aparılması, məqalələrin dərc olunması, tədris vəsaitlərinin işlənilməsi, elmi konfranslarda iştirak nəzərdə tutulur.