Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-21 10:05:00
“Xarici tələbə”- “Azərbaycanlılar mənə daim kömək təklif edirlər”

AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.



Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.



Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibi Afrikadandır.

 

 

Hazırda Bakı Dövlət Universitetində Coğrafiya Fakültəsinin İqtisadi Sosial və Coğrafiya Departamentinin doktorantı Adam Abdelsamaddır.

 

 Açıklama yok.

-Adam, burada təhsil almağa necə qərar verdin?

 

-Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə ayırdığı İƏT təqaüdünü ala bildikdən sonra buraya təhsil almağa gəldim.

 

-Azərbaycanın təhsil sistemi ilə bağlı nə düşünürsən, razılaşmadığın məqamlar var?

 

-Mən dörd ildir ki, buradayam. Hökumətin təhsilin dəstəklənməsinə, tələbələrin əmək bazarında rəqabət aparmağa kömək edəcək lazımi bacarıqlara yiyələnməsi üçün zəruri mühitin və infrastrukturun yaradılmasına yönəlmiş davamlı səyləri nəticəsində yerli səviyyədə Azərbaycanda təhsillə bağlı bir çox müsbət məqamlar var. Qlobal miqyasda, əlbəttə ki, təkmilləşdirməyə ehtiyacı olan bəzi şeylər mövcuddur və mən görürəm ki, dövlət bunlara səy göstərir. Bu da azərbaycanlı tələbələri ingilis dilini öyrənməyə təşviq edən bir zərurətdir.

 

-Təhsilini harada davam etdirməyi düşünürsən?

 

-Doktorantura təhsilimi bitirdikdən sonra tədqiqat sahələrində davam etməyi və öz sahəmə akademik töhfə verməyi səbirsizliklə gözləyirəm, ona görə də doktoranturadan sonrakı təhsil imkanlarını da əldə edəcəyimə ümid edirəm.

 

-Sənin üçün həyatda ən vacib amil nədir?

 

-Hamımızın əldə etmək istədiyi arzuları var. Əldə etmək istədiyim ən vacib şey sevdiyim işləri etməkdən həzz almaqdır.

 

-Burada olduğun müddətdə dostluq münasibətləri qurmağı bacarmısan?

 

-Burada çoxlu dostlar qazanmışam, onların bəziləri əcnəbi, bəziləri isə azərbaycanlıdır. Onlar çox mehriban insanlardır və həmişə kömək təklif edirlər, xüsusən də azərbaycanlılar. Çünki mən onlardan Azərbaycan dilini öyrənmişəm və bu, mənim yaxşı inteqrasiya etməyimə kömək etdi.

 No description available.

-Ölkədəki mühitə necə adaptasiya oldun?

 

-Buraya uyğunlaşmaqda çox əziyyət çəkmədim. Mən müsəlmanam. Azərbaycan da müsəlman ölkəsidir və bu mənim asanlıqla inteqrasiya etməyimə kömək etdi. Həmçinin, Azərbaycan və Sudanda insanlar arasında çoxlu ümumi cəhətlər var, xüsusən qonaqpərvərlik və yardım göstərmək, dini və ictimai tədbirlərdə bunu görürəm.

 

-Bakıdan başqa hansı rayonlarda olmusan?

 

-Bəxtim gətirib ki, Azərbaycanın bir çox əyalət və şəhərlərini, məsələn, Gəncə, Şəki, Şamaxı, Quba, Qəbələ, Lənkəran, Mingəçeviri gəzmək imkanım oldu. Digər şəhərləri ziyarət etməyi səbirsizliklə gözləyirəm.

 

-Azərbaycan mətbəxi ilə bağlı nə düşünürsən? Ən sevdiyin yemək hansıdır?

 

-Azərbaycan mətbəxi ümumilikdə türk millətinin mədəniyyətini özündə əks etdirən bir çox yemək növləri ilə zəngindir. Mən kabab və bəzi növ şorbaya üstünlük verirəm.

 

-Ömürlük burada yaşamaq istəyərdin?

 

-Azərbaycan gözəl, təhlükəsiz və firavan ölkədir. Əgər mənim vətənimdən başqa yerdə yaşamaq seçimim olsaydı, Azərbaycanı seçərdim.

 

-Səninlə həmsöhbət olduğumuza çox şadıq. Son olaraq nə demək istərdin?

 

-Sonda bu müsahibəyə görə sizə təşəkkür edir, uğurlar arzulayıram. Allah Azərbaycanı və xalqını qorusun !