Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-18 10:48:00
Əlavə təhsil nədir, bundan kimlər , necə yararlana bilər? – Ətraflı izah

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi son brifinqdə qeyd edib ki, uzun müddət məktəblərdə dərs keçməyən müəllimlər yenidən tədris prosesinə bərpa oluna bilər. Nazir diqqətə çatdırıb ki, tədrisdən uzaqlaşmış müəllimlər əlavə təhsil vasitəsi ilə yenidən fəaliyyətlərini bərpa edə bilərlər:

 

“Lakin əlavə təhsil almaq istəyənlər nəzərə almalıdırlar ki, bu tədris növü şəxsin öz hesabına reallaşır"

 

 

Bəs əlavə təhsil nədir? Bundan kimlər , necə yararlana bilər?

 

 

Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsidir.

 

 

Bu  təhsil  ali, orta  ixtisas  və  peşə  təhsili  pillələrinin  hər  hansı birini  bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq  imkanını  təmin edir.

 

 

İnsan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında  fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

 

 

AzEdu.az “Təhsil haqqında” Qanuna  əsasən, xəbər verir ki, Azərbaycan Respublikasında  əlavə  təhsil  aşağıdakı  istiqamətləri  əhatə  edir:

 

 

ixtisasartırma;

kadrların yenidən hazırlanması;

stajkeçmə və kadrların təkmilləşdirilməsi;

təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili;

dərəcələrin yüksəldilməsi;

yaşlıların təhsili.

 

 

Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 

Bu  təhsil  üzrə  tədris  ixtisasartırma  və  yenidənhazırlanma  qurumlarında, təhsil  müəssisələrində  yaradılmış  müvafiq  strukturlarda, stajkeçmə  və  peşə  hazırlığı  kurslarında, ümumilikdə  bu  sahə  üzrə  fəaliyyətinə  lisenziya  verilmiş  digər  müəssisələrdə həyata  keçirilir.

 

 

Müvafiq  təhsil  proqramları  əsasında  əlavə  təhsilin  hər  hansı  istiqaməti  üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada  sənəd verilir.

 

 

İxtisasartırma  kurslarını  bitirmiş  şəxslər  barəsində  stimullaşdırıcı  tədbirlər tətbiq  edilir.

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK