Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 17:20:36
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısında dəyişiklik... 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişdirilib.

 

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.

 

Belə ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403, № 7, maddə 619; 2012, № 5, maddə 422, № 12, maddə 1233; 2014, № 5, maddə 483; 2016, № 9, maddə 1476; 2017, № 12 (I kitab), maddə 2307; 2021, № 2, maddə 123; 2022, № 3, maddə 213, № 12, maddə 1441) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.4-cü bəndində “Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan” sözləri “Orta İxtisas Polis” sözləri ilə əvəz edilib.