Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 10:19:41
Bu şəxslərin kolleclərə qeydiyyatı başlayır

Sentyabrın 8-dən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

Qeydiyyat sentyabrın 13-də başa çatacaq.

 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.