Azedu.az

Şamaxı Astrofizika Rəsədxanası NASA ilə əməkdaşlıq edir  

Maraqlı

Elmi institut və təşkilatlar

10 Oktyabr 2018, 11:38
Şamaxı Astrofizika Rəsədxanası NASA ilə əməkdaşlıq edir  

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) Günəş sisteminin öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə mütəmadi əməkdaşlıq edir.

AMEA-dan AzEdu.az-a bildirilib ki, NASA-nın Günəş-Yer Fizikası departamentinin rəhbəri Nat Qopalsvami Azərbaycanın son illərdə kosmik ölkələr cərgəsinə uğurla daxil olduğunu və qurumun konfrans, seminarlarında fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycanın kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulduğunu xatırladan N.Qopalsvami ŞAR-ın NASA-nın məlumat əldə etdiyi 80 astronomiya kompleksindən biri olduğunu vurğulayıb.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox