Azedu.az

Bağçalara müdir vəzifəsinə qəbulun test mərhələsi...

Maraqlı

Təhsil Nazirliyi

23 Avqust 2023, 09:18
Bağçalara müdir vəzifəsinə qəbulun test mərhələsi...

məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Test imtahanı mərhələsinə 353 namizəd dəvət edilib. Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir.

 

İmtahanın müddəti 120 dəqiqədir. Test imtahanı mərhələsində təqdim edilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox