Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 17:38:00
Valideyn bağça müdirini şantaj etdi: 15 min azn tələbi... + VİDEO

Valideyn bağça rəhbərindən təhdidlə 15 000 pul tələb edib.

 

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb. Tezliklə uşaq tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb. Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb.

 

Əsl hadisə bundan sonra başlayıb. Valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib. Maraqlıdır ki, özəl bağçanın ödəniş haqqının da dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.

 

Prosesin ardıcıllığı və valideynin çəkinmədən və təhdidlə bağça rəhbərliyindən pul tələb etməsi məsələnin qurma olduğuna dair şübhələr yaradır.