Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-10 17:12:00
Valideynlərə ÇAĞIRIŞ: qızlara təhsil verin !    

“Hər il qızlarımızın, demək olar ki, yarısı ali təhsildən yayındırılır”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi təhsildən yayındırılan qızlar haqqında danışarkən deyib.

 

O bildirib ki, hər şey bizim verdiyimiz tərbiyədən asılıdır:

 

“Qızların təhsil alması ilə bağlı müxtəlif bölgələrdə valideynlər imkan yaratmırlar. Bəziləri Bakıda ali təhsil müəssisəsinə qəbul olunur, amma rayondan göndərmirlər. Bəziləri erkən yaşda nigaha cəlb olunurlar, bəziləri isə 9-cu sinfə qədər təhsil alırlar. X və XI-sinfə icazə vemirlər. Təbii ki, bunların hamısı doğru yanaşma deyil. Valideynlər indiki dövrə baxıb, hansısa qərar qəbul edə bilərlər, amma övlada inam da burada əsas faktordur axı. Hər şey bizim verdiyimiz tərbiyədən asılıdır”.

 

Ekspert valideynləri təhsil almaları üçün övladlarına dəstək verməyə çağırıb:

 

“Ona görə düşünürəm ki, valideynlər xüsusilə də qız övladı olanlar bu məsələdə daha diqqətli olmalı, övladlarını təhsildən yayındırmamalıdırlar. Təəssüflər olsun ki, son dövrlər orta ümumi təhsil müəssisələrində təhsil alan qızlarla ali məktəbə qəbul olunan qızların sayı arasında fərq görürük. Məsələn, 40 min qız 11-ci sinfi bitirirsə, onlardan 15-20 mini ali təhsil müəssisələrinə qəbul olunur. Yerdə qalanın bir hissəsi 9-cu sinifdən kolleclərə gedir, digər hissəsi isə təəssüf ki, təhsildən yayındırılır. Əlbəttə, əvvəlki dövrlərlə müqayisə etdikdə artıq o stereotip demək olar ki dağılıb, amma hələ də qalıqları var. Biz də cəmiyyət olaraq buna qarşı mübarizə aparmalıyıq”.