Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 14:23:00
677 bal toplayan abituriyent bu universiteti seçdi

Bu il III qrup üzrə qəbul imtahanından ən yüksək bal toplayan abituriyentlərdən biri də Həsənzadə Kubradır.

 

AzEdu.az xəbər verir ki, o, 677 bal toplayaraq, ümumilikdə qəbul imtahanında yüksək nəticə əldə edən abituriyentlərdən olub.

 

Kubra müsahibəsində Bakı Dövlət Universitetinin hüquq fakültəsində ingilis dilində təhsil almağı düşündüyünü bildirib:

 

" İmtahan elə də çətin deyildi, amma yüksək nəticə gözləmirdim. Düşünürdüm ki, 650-dən yuxarı olmaz. Demək olar ki, nəslimizdə xeyli insan hüquq sahəsi ilə məşğuldur. Mən də belə mühitdə böyüdüyüm üçün daha da həvəslənmişəm. Ona görə də hüquqşünas olmaq istəyirəm. Bakı Dövlət Universitetinin hüquq fakültəsində ingilis dilində təhsil almağı düşünürəm".