https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 17:10:00
Dərslərin başlanma vaxtı açıqlandı

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) 2023-2024-cü tədris ili üçün iş qrafikini açıqlayıb.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyədə 4 sentyabr 2023-cü il bazar ertəsi günü müəllimlərin peşə fəaliyyətinə başlanacaq.

 

Tədris prosesinin birinci dövrü 11 sentyabr 2023-cü il bazar ertəsi başlayacaq və 19 yanvar 2024-cü il cümə günü başa çatacaq.