Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 11:30:00
Direktorların işə qəbul imtahanlarını kimlər götürür? - AÇIQLANDI

"Direktorluğa işə qəbul imtahanları yerli idaretmə orqanları, ümumtəhsil istiqamətində çalışan rəhbər şəxslər tərəfindən aparılır".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib:

 

 

"Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə, qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunur. Esse mövzusu məktəb fəaliyyəti, buraxılış imtahanlarında şagirdlərin nəticələrinin təhlili, bu yöndə atacağı addımla bağlı ola bilər. Test imatahanını uğurla keçmiş şəxslər sonra müsahibə mərhələsinə buraxılır. Burada liderlik, menecment, şəxsi keyfiyyətlər nəzərə alınır".

 


Qeyd edək ki, aprelin 4-dən etibarən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılıb. 

 

 

Namizədlər direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları ilə tanış ola bilərlər.