
Azərbaycanlı şagird Emil Ağamirzəyevə Danimarkanın ən böyük liseylərindən oxumaq təklifi gəlib.
AzEdu.az xəbər verir ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin məlumatına görə, Emil Ağamirzəyev İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbin VIII sinif şagirdidir.
O, aşağı siniflər arasında keçirilən respublika bilik yarışında 1-ci yerin qalibi olub. Həmçinin, 2022-ci ildə respublika bilik yarışında gümüş medal qazanıb. Emil ölkə miqyaslı intelektual yarışların dəfələrlə qalibi olub.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq elm olimpiadasında 45 ölkənin məktəbliləri arasında 6-cı yeri tutub. Eyni zamanda, Qazaxıstanın Aktau şəhərində təşkil olunan beynəlxalq elm olimpiadasında 64 ölkənin iştirakçıları arasında 4-cü yeri qazanıb.
O, təhsilini Danimarkada komputer sahəsində davam etdirəcək.
kitabı
_642.jpg)

_151.jpg)


_838.jpg)

