Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 12:05:07
İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib

Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, İctimai şuranın sədri Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin I və II saylı tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi barədə əyani tanış olublar.

 

İctimai şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirərək universitet rəhbərliyinə minnətdarlıq ediblər.

 

Qeyd edək ki, İctimai şuranın üzvlərinə imtahanların gedişini sessiya boyunca əyani izləmək imkanı yaradılıb.