Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 12:12:00
661 bal toplayan Səlimə II cəhdə də hazırlaşır: “Hakim olmaq istəyirəm

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 may tarixlərində II və III, 3 və 4 iyun tarixlərində isə I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçirilib.

 

20 və 21 may tarixində keçirilən qəbul imtahanının nəticələri artıq ictimaiyyətə açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, 21 may tarixli qəbul imtahanından yüksək nəticə göstərən şagirdlərdən biri də Sumqayıt şəhərindəki Təfəkkür liseyinin məzunudur.

 

Səlimə Elvin qızı Xankişili III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanından 370 bal toplayıb.

 

Qeyd edək ki, Səlimə 5 mart tarixli am (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından da 291 bal toplayaraq Abşeron-Xızı Regional Tədris İdarəsi üzrə ən yüksək nəticəni əldə etmişdi.

 

Beləliklə, onun ümumilikdə topladığı bal 661-dir.

 

Səlimə təəssüratlarını AzEdu.az-la bölüşüb. O bildirib ki, gələcək hədəfi məhkəmə hakim olmaqdır:

 

“İmtahanlarda üksək nəticə əldə etdiyimə görə sevincliyəm. Lakin bu hələ son deyil, qəbul imtahanlarının 2-ci cəhdinə də var gücümlə hazırlaşıram. Məqsədim 680-690 balı toplamaqdır. Dövlət İdarəçilik Akademiyasında hüquq təhsili almaq, gələcəkdə məhkəmə hakim olmaq, ədaləti qorumaq istəyirəm. Hakimlik mənə görə çox qürurverici və ali bir peşədir".